Tərkibi:
8 ədəd lavaş
250 qram qatıq
4 ədəd pomidor
1 ədəd qırmızı soğan
10 qram keşniş
1 ədəd limon suyu
1 ç/q sarımsaq tozu
4 ədəd kartof kotleti
2 ədəd avokado
200 qram ağ pendir
100 qram pomidor sousu (acı meksika sousu)
Qızartmaq üçün bitki yağı
Hazırlanması:
Pomidor, qırmızı soğan və keşnişi doğrayın.
Limon suyu, qatıq və sarımsaq tozunu qarışdırın.
Kartof kotletlərini bitki yağında qızardın.
Avokado və pendiri doğrayın. Lavaşlara kartof kotlet, pomidorlu qarışımı, avokado, pendir qoyun. Qatıqlı sousla bəzəyib servis edin.
Nuş olsun!