Tərkibi:
2 ədəd pomidor
2 ədəd bolqar bibəri
1 ədəd iri soğan
3 ədəd yumurta
Yağ
Azərduz yodlu narın xörək duzu, istiot.
Hazırlanması:
1.Soğanları doğrayıb yağda qızardırıq.
3.Soğanlar qızarandan sonra bibərləri əlavə edirik.
4.Bibərlər bişəndən sonra pomidorları əlavə edirik.
5.Pomidorlar bişincə yumurtalara duz istiot töküb yaxşıca qarışdırırıq və pomidor bişdikdən sonra üzərinə əlavə edirik.
6.Bir qədər gözləyirik ki, yemək bişsin.
Budur yeməyimiz artıq hazırdı, çox xoşuma gəldiyinə görə sizlər üçün sayta yerləşdirdim.
Nuş olsun!