Tərkibi:
350 qram toyuğun döş əti
1 ədəd nar
10 qram cəfəri
8 yarpaq nanə
300 qram kartof
150 qram kök
3 ədəd arpacıq soğan
60 qram basdırma
2 qaşıq kərə yağı
3 y/q xardal
1 1/2 y/q bal
1/2 ç/q sarımsaq tozu
1 ç/q qırmızı istiot
1/2 ç/q duz
1/2 ç/q istiot
150 ml toyuq suyu
1 ç/ q sürtgəcdən keçirilmiş limon qabığı
Qızartmaq üçün bitki yağı
Duz, istiot
Hazırlanması:
Sobanı 200 dərəcə isidin. Kartof, kök, soğanı doğrayın. Narı dənələrə ayırın. Cəfəri və nanəni doğrayın. Basdırmaları doğrayıb qovurun.
Yağı isidin. Toyuğu qovurun. Duz əlavə edib bişirin.
Kartof və kərə yağı əlavə edib 2-3 dəqiqə qızardın. Kök və soğanı əlavə edib qovurun. Duz və isiot əlavə edin.
Qabda, xardal, bal, sarımsaq tozu, qırmızı istiot, duz və istiotu əlavə edib qarışdırın.
Ədviyyatları əlavə edin. Ardından sobaya qoyub 15 dəqiqə bişirin. Cəfəri, nanə və nar dənələri ilə bəzəyib servis edin.
Nuş olsun!