Tərkibi:
2 ədəd toyuq filesi
3 ədəd kartof
2 ədəd pomidor
1 ədəd soğan
3 diş sarımsaq
2-3 ədəd dəfnə yarpağı
Azərduz yodlu narın xörək duzu, istiot, pul bibər
Yağ
Hazırlanması:
Toyuq filesini doğrayıb yumuşaq olması üçün zeytun yağı və biraz duz vururuq ,biraz gözlədikdən sonra tavaya tökürük.
Öz suyunu çəkəndən sonra xırda doğranmış soğan,əzilmiş sarımsaq,duz,istiot,pul bibər,dəfnə yarpağı və yağ əlavə edirik.
Biraz qızardıqdan sonra bir stəkan su əlavə edirik
Suyunu çəkəndən sonra pomidorları əlavə edirik
Kartofu ayrı tavada qızardırıq
Pomidorlar da suyunu çəkəndən sonra kartofları əlavə edirik
Biraz da qızardıqdan sonra yemək hazırdır. Nuş olsun...
P.S. Bu resept əslində quzu əti ilə və zeytun yağında bişirilir.Amma mən quzu ətini,evdəkilər də zeytun yağını o qədər də xoşlamadıqları üçün toyuq filesi və qarğıdalı yağında bişirdim.