Tərkibi:
1 kq alma
200 ml alma suyu
1/2 ç/q darçın
1/4 ç/q qərənfil
100 qram qəhvəyi şəkər
Kaşar pendiri
Çörək
Üzəri üçün alma
Hazırlanması:
Almaları kubik formasında doğrayın. Qazana alma, şəkər, alma suyu əlavə edib 20 dəqiqə bişirin.
Blender ilə püre halına gətirin. Qazana darçın, qərənfil, şəkər əlavə edib 10 dəqiqə bişirin.
Çörəyin üzərinə kərə yağı çəkin. Üzərinə almalı qarışım, pendir və alma dilimləri əlavə edib servis edin.
Nuş olsun!