Tərkibi:
700 qram kartof
500 ml krem
1 diş sarımsaq
Yağlamaq üçün kərə yağı
Duz, istiot
Hazırlanması:
Sobanı 180 dərəcə isidin. Sarımsaqları əzin. Kərə yağını və əzilmiş sarımsağı bir fırça köməyi ilə qabın hər tərəfinə çəkin.
Kartofları soyduqdan sonra incə-incə dilimləyin. Dilimlədiyiniz kartofları qaba isdədiyiniz formada düzün.
Kremi kartofun üzərinə bolca əlavə edin, ardından duz, istiot səpin. İstədiyiniz sobaya yerləşdirin və 40-45 dəqiqə bişirin. Üzəri qızarmaya başlayanda sobanı söndürün. 15 dəqiqə sobanın içində saxlayın. Daha sonra servis edin.
Nuş olsun!