Tərkibi:
600 qram un
300 ml yağlı süd
42 qram təzə maya
50 qram şəkər
85 qram kərə yağı
2 ədəd yumurta
300 ml pomidor püresi
2 top mozzarella pendiri
1/2 şaxə ağ reyhan
Duz, istiot
Hazırlanması:
Un, kərə yağı, maya, şəkər,duz, yumurta və süddən yumşaq xəmir yoğurun. Xəmirin üzərini örtərək 1-2 saat isti yerdə saxlayın.
Mozzarella və ağ reyhanı incə-incə doğrayın.
Xəmiri nazik yayıb, üzərinə pomidor püresini çəkin.
Üzərinə dilimlənmiş pendir və ağ reyhanı düzün. Duz və istiotla ləzzətləndirin.
Xəmiri rulet formasında bükün.
Xəmiri 5 sm uzunluğunda dilimləyin.
Xəmiri yağlı soba qabına düzərək əvvəlcədən isidilmiş 180 dərəcə sobada 35-40 dəqiqə bişirin.
Nuş olsun!