Tərkibi:
400 qram bişmiş noxud
120 qram qoz
Yarış çörək qarışımı bitki mənşəli yağ
40 qram arpacıq soğan
1 y/q qırmızı bibər
3 y/q qırmızı bibər tozu
1 y/q adi cirə
155 qram bişmiş düyü
1 ovuc keşniş
37 qram çörək qırıntısı
1 y/q tomat pastası
113 qram veqan mayonez
65 qram veqan ketcub
Duz, istiot
Kahı, pomidor, xiyar
Veqan burger çörəyi
Hazırlanması:
Tavada qozları 4-5 dəqiqə qovurun.
Arpacıq soğanları incə -incə doğrayaraq bitki mənşəlli yağ ilə qovurun.
Robotda qoz, duz və baharatları qarışdırın.
Robota, bişmiş düyü, noxud, soğan, çörək qırıntısı, keçniş və tomatı əlavə edərək robotdan keçirin.
Robotdan keçirdiyiniz qarışımı burger küftə halına gətirin.
Tavada küftələri 3-4 dəqiqə qızardın.
Kiçik bir kasaya ketcub, mayonez istəyə bağlı acı sousu qarışdırn.
Bir Boşqaba veqan burger çörəyi qoyun üzərinə küftə burgerləri, xiyar, kahı, pomidoru düzün. Ən son sousunuzu əlavə edərək burger çörəyi ilə üzərini bağlayaraq servis edin.
Nuş olsun!