Qadin.NET / Barbekü souslu toyuq (foto resept)

Barbekü souslu toyuq (foto resept)

 

Tərkibi:

2 sümüksüz toyuğun döş əti

2 diş sarımsaq

2 stəkan barbekü sousu

1 ədəd qırmızı bibər

1 ədəd sarı bibər

2 y/q qarğıdalı nişastası

Xırda doğranmış cəfəri

1 qutu ananas

 

Hazırlanması:

Bibərləri uzun -uzun doğrayın. Toyuq ətini təmizləyib bir kənara qoyun. Sarımsaqları zeytun yağında bişirin. Daha sonra sarımsaqların üzərinə bibərləri əlavə edərək qovurun. Bir müddət sonra toyuqları da bibərli qarışımın üzərinə əlavə edin.

Barbekü souslu toyuq (foto resept)

 

 

Qovurduğunuz bibər, toyuq və ananasları barbekü sousunun içinə əlavə edərək qarışdırın.

 

Barbekü souslu toyuq (foto resept)

 

 

Daha əvvəlcə hazırladığınız pilovun yanında servis edin. Cəfəri ilə bəzəyin.

 

Barbekü souslu toyuq (foto resept)

 

 

Nuş olsun!

21 avqust 2017
GO BACK