Qadin.NET / Gül kələmli tabbouleh (foto-resept)

Gül kələmli tabbouleh (foto-resept)

 

Tərkibi:

20qram nanə

2 ədəd yaşıl soğan

1/4 ədəd gül kələmi

1 ədəd nar

1/4 ç/q cirə

1/4 ç/q şəkər

600 ml su

5 y/q zeytun yağı

300 qram bulqur

Maye yağ

Duz, istiot

 

Tərəvəz suyu üçün;

1 ədəd kəvər

1 ədəd kök

1/2 ədəd kərəviz

10 qram cəfəri

 

Hazırlanması:

Cəfəri, nanə, soğan. kök, kəvər və gül kələmini doğrayın. 

Gül kələmli tabbouleh (foto-resept)

Narı geniş bir qabın içərisinə qoyun. 

Gül kələmli tabbouleh (foto-resept)

Qazanda kəvər, kərəviz və cəfərini 8-10 dəqiqə qovurun. 

Gül kələmli tabbouleh (foto-resept)

Üzərinə su, şəkər, duz və istiotu əlavə edərək qarışdırın. 15-20 dəqiqə bişdikdən sonra tərəvəzlərin suyunu süzərək ayırın. 

Gül kələmli tabbouleh (foto-resept)

Tavaya zeytun yağı, gül kələmi, duz və istiotu əlavə edib sobada qovurun. Daha sonra 180 dərəcə sobada 10 dəqiqə bişirin. 

Gül kələmli tabbouleh (foto-resept)

Tərəvəz suyunun üzərinə bulqur əlavə edərək 15-20 dəqiqə bişirin. Tərəvəz suyu az gələrsə adi su əlavə edin.

Gül kələmli tabbouleh (foto-resept)

Geniş bir kasada bulqur, gül kələmi, nanə, nar və yaşıl soğanı qarışdırın. Duz, istiot və zeytun yağı əlavə edərək servis edin.  

Gül kələmli tabbouleh (foto-resept)

Nuş olsun!

Gül kələmli tabbouleh (foto-resept)

16 avqust 2017
GO BACK