Tərkibi:
500 qram göbələk
2 ədəd yaşıl soğan
1 ədəd arpaçıq soğan
150 qram qoyun pendiri
Yarım ç/q qırmızı istiot tozu
Yarım y/q tərəvəz yağı
150 qram ispanaq
Yarım ç/q kiçik hind qozu
Duz, istiot
Hazırlanması:
Sobanı 180 dərəcə isidin. Arpacıq və yaşıl soğanları incə-incə doğrayın. Bir kasada pendir, qırmızı bibər tozu, soğanları tərəvəz yağı ilə qarışdırın. Üzərinə duz və istiot səpin.
Tavaya tərəvəz yağı əlavə edin. İspanaqları orta böyüklükdə doğrayın və tavaya qoyun. 3-4 dəqiqə bişirin, üzərinə hind qozu rəndələyin. Tavanın altını söndürün.
Göbələkləri gövdələrindən ayırın və içini qaşıq ilə boşaldın.
Göbələklərin içərisini pendirli qarışım ilə dondurun və ispanaq ilə üzərini bağlayın. Bir soba listinə göbələkləri düzün. 12-15 dəqiqə pendirləri əriyənə qədər bişirin. Daha sonra servis edin.
Nuş olsun!