Qadin.NET / Toyuqlu həftəbecər (foto resept)

Toyuqlu həftəbecər (foto resept)

Tərkibi:

500 qr. toyuğun filesi

500 qr. badımcan

3 ədəd iri bolqar bibəri

4 ədəd orta boy kartof

4 ədəd iri pomidor

4 ədəd orta boy soğan

1 xörək qaşığı "Bizim Tarla" "Bizim Tarla" tomat pastası

Yağ 

Azərduz yodlu narın xörək duzu, istiot


Hazırlanması:

Soğanlar orta boyda doğranır,yağda rəngi dönənə kimi qovrulur,bibərlər də eyni boyda doğranın əlavə edilir və qovrulmağa davam edilir.

 

Toyuqlu həftəbecər (foto resept)

 

Toyuq filesi xırda-xırda doğranıb tavaya  əlavə olunur.

 

Toyuqlu həftəbecər (foto resept)

 

Toyuqlu həftəbecər (foto resept)

 

 

Badımcanlar doğranıb acı suyu çıxarılır və tavaya əlavə olunur, bişirməyə davam edilir.

 

Toyuqlu həftəbecər (foto resept)


Pomidorlar da doğranıb tavaya əlavə olunur.

 

Toyuqlu həftəbecər (foto resept)

 

Ən sonda kartofu doğrayıb tavaya əlavə edirik,üzərinə bir xörək qaşığı tomatı yarım stəkan suda həll edib yeməyimizə əlavə edirik.Duz,istiyot vurub 20-25 dəqiqə vam odda bişiririk.

 

Toyuqlu həftəbecər (foto resept)


Və yeməyimiz hazırdır. Nuş olsun!

  

Toyuqlu həftəbecər (foto resept)

 

3 iyul 2011
GO BACK