Tərkibi:
8-10 ədəd yumurta
200 qram qoz
4 ədəd ortaboy soğan
2 ədəd ortaboy badımcan
2 ədəd ortaboy kartof
2 y/q un
1 ç/q darçın (zövqə görə)
Duz
Keşniş, şüyüd, göy soğan (hərəsindən yarım dəstə)
Hazırlanması:
Qoz maşından çəkilir qoyulur kənara.
Sogan, badımcan, kartof da çəkilir, acı suları tam sıxılır, qozla qarışdırılır, yumurta, doğranmış göyərtilər duz,
darçın,un əlavə edilir keks xəmiri kimi xəmir olmalıdır.
Əvvəlcədən qızardılmış tavaya yağ əlavə edib, qarışımı az dərəcədə bişirin.
Bir üzü bişdikdən sonra çevirib (podnos,qapaqla) digər uzunu bişirin.
Mən həmişə ləvəngini çox edirəm, lazım olanda istədiyim qədər götürürəm.
Bu gün də hazır istifadə etdim deyə, şəkildə də qabda ayrıca görünür.
Başqa vaxtlar yazdığım kimi edirəm. Dadı əladır. Siz də bişirin.
Nuş olsun!