Tərkibi:
2-3 diş sarımsaq
1 dəstə cəfəri
1 kq toyuq
2 y/q limon suyu
İstiot
1/2 ç/q kəklikotu
1/2 ç/q quru reyhan
Duz
1/2 stəkan qalet unu
2 y/q zeytun yağı
Servis üçün;
Hamburger çörəyi
Pomidor
Dilimlənmiş kaşar pendiri
Xardal sousu
Hazırlanması:
Sarımsaqları incə doğrayın.
Cəfərini incə doğrayın.
Geniş bir kasada toyuq, limon suyu, cəfəri, sarımsaq, istiot, duz, kəklikotu və reyhanı yoğurun.+
Küftələri formaya salıb, qalet ununa batırıb, boşqaba qoyun.
Zeytun yağını qızdırıb, küftələri iki tərəfli 3-4 dəqiqə bişirin.
Bütün məhsulları hamburger çörəyinə istədiyiniz sıra ilə düzün.
Nuş olsun!