Tərkibi:
4 ədəd pomidor
2 diş sarımsaq
10 qram ağ reyhan
100 qram ağ pendir
Duz, istiot
Hazırlanması:
Pomidorları ortadan iki hissəyə bölün. Sarımsaq və ağ reyhanı doğrayıb, ağ pendiri əzin.
Pomidorları kəsilmiş tərəfləri yuxarı olan formada yağlı soba qabına yerləşdirin. Üzərinə sarımsaq, ağ reyhan, ədviyyat. və pendirləri əlavə edin.
Pomidorları 100 dərəcəli sobada 5 dəqiqə bişirin.
Nuş olsun!