Tərkibi:
300 ml su
4 ədəd qaynadılmış yumurta
2 y/q maye yağ
1 ədəd soğan
4 diş qıyılmış sarımsaq
1 ç/q zəncəfil
1 ədəd pomidor
1 ədəd qırmızı bibər
1 ç/q yaşıl bibər
1 ç/q toz qırmızı istiot
Duz
Hazırlanması:
Yumurtaları 300 ml suda 10 dəqiqə qaynadın. Qabıqlarını soyaraq doğrayın.
Yağda soğan, sarımsaq və zəncəfili qəhvərənginə gəlincəyə qədər bişirin.
Uzun doğradığımız bibərləri, pomidoru, qırmızı toz istiotu və duzu əlavə edərək bişirin.
Qaynadılmış yumurtaları əlavə edərək 5 dəqiqə bişirin.
Son olaraq təzə keşnişləri əlavə edin.
Nuş olsun!