4 nəfərlik
Tərkibi:
Dilimlənmiş çörək ( ağ, kəpək)
10 ml zeytun yağı
Qırmızı bibər
Kiçik bibər
Qulançar
Krem pendir
Duz, istiot
Duzsuz yağ
Dieta bisküviti
Pomidor, xiyar, zeytun
Hazırlanması:
Çörəkləri dairəvi və kvadrat formada kəsin. Sobada 2-3 dəqiqə bişirin.
Qulançar, sütül qarğıdalı və bibərləri doğrayın bir qaba qoyun. Duz, qaraistiot və qarışıq ot səpin.
Tərəvəzləri sobada 2-3- dəqiqə bişirin.
Bisküvitin üzərinə kərə yağı və krem pendir çəkin.
Çörəklər və bisküvitin üzərinə bişmiş tərəvəzləri yerləşdirin.
Son olaraq üzərinə doğranmış pomidor, xiyar və zeytun əlavə edin. Daha sonra servis edin.
Nuş olsun!