Qadin.NET / Düzmə küftə (foto resept)

Düzmə küftə (foto resept)

Tərkibi:

2 ədəd kabak

2 ədəd kartof

1 ədəd pomidor

1 baş sarımsaq

Küftə üçün;

300 qram yağlı qiymə

1 ədəd soğan

Duz, qara istiot

Hazırlanması:

Küftə üçün ayırdığınız ərzaqları bir kasada 5 dəqiqə yoğurun.

Düzmə küftə (foto resept)

Kabak və kartofları halqa şəklində doğrayın.

Düzmə küftə (foto resept)

Soba qabını yağlayın. Qoz böyüklüyündə yuvarladığınız küftələri və doğradığınız tərəvəzləri arxa-arxaya düzün.

Düzmə küftə (foto resept)

Qabın ortasına pomidor və bibərləri düzün. 

Düzmə küftə (foto resept)

Üzərinə sarımsaqları düzün. Son olaraq ədviyyatları əlavə edərək yarım armudu stəkan su əlavə edin. Üzərini yağlı kağız ilə örtün.

Düzmə küftə (foto resept)

Tərəvəzlər yumşalanadək 180 dərəcə sobada bişirin.

Düzmə küftə (foto resept)

Sobadan götürmədən əvvəl kağızı üzərindən götürün və 5 dəqiqə əlavə bişirin.

Düzmə küftə (foto resept)

Nuş olsun!

 

Düzmə küftə (foto resept)
14 iyun 2017
GO BACK