4 nəfərlik
Tərkibi:
225 qram çiyələk
10 qram ağ reyhan
400 qram pizza xəmiri
250 qram mozzarella pendiri ( sürtgəcdən keçirilmiş)
140 qram keçi pendiri ( yumşaq)
80 ml balzamik sirkə
1 yemək qaşığı bal
Duz, bibər
Hazırlanması:
Sobanı 190 dərəcə isidin. Çiyələkləri dilimləyin.
Pizza xəmirini parqament kağızı sərilmiş soba listinə yerləşdirin. Sürtgəcdən keçirilmiş mozzarella pendirini və keçi pendirini pizza xəmirinin üzərinə qoyun. Çiyələk dilimlərini də üzərinə qoyduqdan sonra sobada 20-30 dəqiqə bişirin.
Bir qazanda balzamik sirkə və balı 10 dəqiqə qaynadın.
Bişən pizzanın üzərinə doğranmış ağ reyhan, duz və qara bibər səpin.
Nuş olsun!