Tərkibi:
150 qram ricotta pendiri
15 qram ətirli şüyüd
1/4 stəkan krem
Pizza xəmiri
120 qram somon balığı
Hazırlanması:
Bir kasada pendir, ətirli şüyüd və kremi qarışdırın.
Perqament kağızına pizza xəmirini yayın. Üzərinə kremli qarışımı çəkin.
Somon dilimlərini kremli qarışımın üzərinə qoyun.
Xəmiri rulet formasında qatlayın və bıçaqla ortadan kəsin.
Şəkildəki kimi burub uclarını birləşdirin.
350 dərəcədə isidilmiş sobada 30 dəqiqə bişirin.