Tərkibi:
3 ədəd siyənək balığı
7-8 ədəd kartof
2 ədəd soğan
yumurta
4 xörək qaşığı xama
şüyüd
Hazırlanması:
Balığın tıxlarını təmizləyin. Sonra xırda doğrayın və südə yatırın. Soğanı xırda doğrayın və kərə yağında qızardın. Kartofu nazik uzun şəkildə doğrayın. Listi yağlayın. Kartofu və əti düzün, sonra qızarmış soğanı üzərinə düzün. Üzərinə göyərti səpin. Sonra yumurtanı çalıb üzərinə çəkin. Ardıcıl qat-qat düzün. Ən altda və ən üstdə kartof olmalıdı. Sonra üzərinə yenə yumurta çəkib və xamanı əlavə edin. Sobada bişirin.