Qadin.NET / Ədviyyatlı çolpa

Ədviyyatlı çolpa

Tərkibi:

1 dəstə reyhan

5 diş sarımsaq

4 xörə qaşığı şam ağacı toxumu

2 xörək qaşığı zeytun yağı

1 ədəd çolpa təxmini 1,2kq

2 ədəd pomidor 

Ədviyyatlı çolpa

Hazırlanması:

Reyhanın yarpaqlarını ayırın. Sarımsağı təmizləyin. Sonra 4/3 reyhan yarpağı, sarımsaq, şam ağacı toxumlarını blenderlə əzin. Sonra zeytun yağı əlavə edib duzlayıb, istiotlayın. Hamısını yaxşıca qarışdırın.

Çolpanı 8 hissəyə ayırın, duzlayıb, istiotlayın. Toyuğun hissələrini dü zəltdiyiniz maye  ilə sürtün. Listi azca yağlayın. Sobada 40 dəqiqə qızardın. Hərdən bir ətləri çevirin.

Pomidoru qaynar suya salıb qabığını soyun. İçərisini çıxardıb xırda kubik şəklində doğrayın. Reyhanın yarpaqlarını doğrayın. Pomidorla birlikdə ətə əlavə edin. Süfrəyə veriləndə bəzək üçün reyhan yarpaqlarından istifadə edə bilərsiniz.

5 aprel 2017
GO BACK