Tərkibi:
Kartof 4-5 ədəd orta ölçülü
Soğan - 1 ədəd
Yumru düyü - yarım stəkan
Keşniş, şüyüd - 1 dəstə
Yumurta - 2 ədəd
Azərduz yodlu narın xörək duzu, istiot, sarıkök - zövqə görə
Hazırlanması:
Kartofu qaynadıb pürə halına gətiririk.
Soğanı yağda qızardırıq, düyünü tam bişənə kimi qaynadırıq, göyərtini xırda doğrayıb, duz, istiot, sarıköklə birlikdə kartofun üzərinə əlavə edib, çiy yumurtanı da əlavə edib yaxşı qarışdırırıq.
Alınan kütlədən kotlet hazırlayırıq.
Kotletlərin hər iki üzünü qızardırıq.
Budur kotletlərimiz hazırdır.
Nuş olsun!
P.S. Kotlet bərk olsun deyə üzərinə bir qaşıq un əlavə edə bilərsiniz. Süfrəyə verdikdə pendir və pomidorla verə bilərsiniz.