Tərkibi:
4 ədəd rəngbərəng bibər
2-3 ədəd kök
1 ədəd kərəviz kökü
1 ədəd soğan
1 diş sarımsaq
200 qram kələm
100 qram düyü
5 ml duru yağ
200 ml pomidor suyu və ya sousu
Hazırlanması:
Tərəvəzləri təmizləyin. Soğanı xırda-xırda, kələmi nazik saman şəklində doğrayın. Kökü vəkərəviz kökünü sürtgəcdən keçirin. Soğanı duru yağda bir az qızardın. Sonra kələmi, kökü və kərəvizi əlavə edin. Duzlayıb 10-15 dəqiqə qızardın. Sonra düyünü əlavə edin. Sarımsağı presdən keçirib, tərəvəzlərə əlavə edin.
Bibərin başını kəsib, içini təmizləyin. Bibəri qaynayan duzlanmış suya salın və 1-2 dəqiqə saxlayın. Sonra soyudub tərəvəzləri içərisinə doldurun. Listə yığıb üzərinə pomidor suyu və ya sosusunu əlavə edib sobada 180 dərəcədə bişirin. Üzərinə istədiyiniz göyərtini səpə bilərsiniz.