Tərkibi:
800 qram kartof
1 ədəd yumurta
500 qram mal əti
50 qram kərə yağı
300 qram xama
100 qram xırda doğranmış soğan
40 qram un
100 qram duru yağ
Qırmızı istiot, qara istiot, duz
Hazırlanması:
Kartofu qaynadın, təmizləyin və əzib püre halına gətirin. Kərə yağı və yumurta əlavə edin, duz istiot vurub yaxşıca qarışdırın.
Əti bişirin. Bişdikdən sonra ət maşınından keçirin. Əti kərə yağında soğanla birlikdə qızardın. Sonra duz, istiot vurub yaxşıca qarışdırın.
Püreni kiçik ölçülərdə yayın. İçinə əti qoyub bağlayın. Xırda-xırda dairələlər düzəldin.
Sonra onları unda və ya suxarikdə gəzdirin. Duru yağda qızardın. Boşqaba qoyun. Yanında xama qoya bilərsiniz. Üzərinə zövqə görə göyərti səpin.