Qadin.NET / Tərəvəzli püre

Tərəvəzli püre

Tərəvəzli püre

4 nəfərlik

Tərkibi:

750 qram kartof

1 ədəd bulka

3 xörək qaşğı əridilmiş yağ

500 qram kök

500 qram soğan

2 ədəd yumurta

75 qram un

75 qram nişasta (kraxmal)

Sürtgəcdən kecirilmiş qoz

12 çay qaşığı sürtgəcdən keçirilmiş turp

Hazırlanması:

Kartofu bişirin. Sonra qabığını soyub püre halına gətirin. Bulkanı kubik şəklində doğrayın. Yarısını qızardın. Kök və soğanı nazik uzun şəkildə doğrayın. Kök və soğanın 1/3 hissəsini duzlayıb qaynadın. Sonrada süzün.

Kartof püresinə bişmiş kök, soğan, un, yumurta, nişasta, duz, istiot və qoz əlavə edib qarışdırın. Yaş əllərlə yumru top şəklində edin. İçərisinə qızardılmış bulkanı qoyun. 15 dəqiqə duzlu suda az dərəcədə bişirin.

Artıq qalmış yağda kök və soğanı bişirin. Sonra kök, soğan, turp və ədviyyat əlavə edin. Süfrəyə veriləndə boşqaba tərəvəzi,  üzərisinə isə kartof presini qoyun.

13 fevral 2017
GO BACK