Tərkibi:
15 ml qram sulu yağ və soya sousu
1 xörək qaşığı doğranmış cəfəri
10 qram tomat
1 xörək qaşığı bal
1 çay qaşığı acika
4 ədəd toyuq budu
4 ədəd toyuq qanadı
1 ədəd pomidor
1 ədəd soğan
1 diş sarımsaq
1 ədəd avakado
Hazırlanması:
Duru yağı, cəfərini, soya sousunu, tomatı, balı və acikanı bir-birinə qarışdırın. Sonra toyuğun üzərinə çəkin. 60 dəqiqə saxlayın.
Pomidoru, soğanı, sarımsağı təmizləyib xırda-xırda doğrayın. Avakadonu iki hissəyə ayırın və çəngəllə əzin. Pomidoru, soğanı,sarımsağı qarışdırın və duz, istiot vurun.
Əti tavada qızardın. Budu 30 dəqiqə, qanadı isə 15 dəqiqəyə qızardın. Süfrəyə veriləndə istədiyiniz kimi bəzəyə bilərsiniz.