Qadin.NET / Ətli-tərəvəzli göbələk

Ətli-tərəvəzli göbələk

2 porsiya

Tərkibi:

400 qram qoyun əti

4 ədəd böyük soğan

100 qram "Best Cow" kərə yağı

250ml qram xama

400 qram şampinyon (göbələk)

Duz, istiot 

Ətli-tərəvəzli göbələk

Hazırlanması:

Əti soyuq suda yuyub dəsmalla qurulayın, sonra 1 sm enində nazik şəkildə doğrayın.

Soğanı dairə şəklində doğrayıb qızdırılmış kərə yağında bir az qızardın. Sonra əti əlavə edin. 10 dəqiqə qızartdıqdan sonra üzərinə ½ stəkan ilıq su əlavə edin. Zövqə görə duz vurub aşağı dərəcədə 10-15 dəqiqədə bişirin.

Göbələyi yuyub kubik şəklinə doğrayın. Ətin üzərinə əlavə edin. Bişən kimi xama əlavə edib qarışdırın. 10-15 dəqiqə qaldıqdan sonra qırağa qoyun. Zövqə görə göyərti səpə bilərsiz. Süfrəyə kartof və qarabaşaqla verə bilərsiz.

27 yanvar 2017
GO BACK