4 porsiya
Tərkibi:
600 qram ət
2 xörək qaşığı duru yağ
500 qram yaşıl lobya
350 qram kök
350 qram şampinyon(göbələk)
200 ml süd
2 xörək qaşığı xardal
2 ədəd soğan
60 qram kərə yağı
4 xörək qaşığı xırda doğranılmış göyərti
400 qram hazır sos
Hazırlanması:
Ətə duz-istiot vurun və duru yağda 5 dəqiqə tavada qızardın. Sonra 40 dəqiqə 160 dərəcə sobada bişirin.
Kökü və kartofu kubik şəklində doğrayıb 15 dəqiqə duzlu suda qaynadın. Süzdükdən sonra isti süddə püre halına gətirin.
Sobadan əti çıxarın və 5 dəqiqədən sonra üzərinə xardal çəkin. Soğanı və göbələyi xırda şəkildə doğrayın. Soğanın yarısını göbələklə birlikdə bişirin.
Yaşıl lobyanı pörtün, sonra qalan soğanla birlikdə bişirin. Hamısını birlikdə süfrəyə verin.