Tərkibi:
2 ədəd soğan
6 diş sarımsaq
2 ədəd qırmızı acı bibər
2 dəstə cəfəri
850 qram çəkilmiş qoyun əti
1 çay qaşığı istiot
1 çay qaşığı üyüdülmüş rəzyana
1 ədəd xiyar
300 ml qram xama
Hazırlanması:
Soğan, acı bibər,cəfəri xırda doğranılır. Sarımsaq əzilir. Duz, istiot, rəzyana vurulur və hamısı qarışdırılır.
Nəm əllərlə ət şişə keçirilir və tavada kabab kimi qızardılır.
Xiyar sürtgəcdən keçirilir və xama ilə qarışdırılır. Duz, rəzyana əlavə edilir. Birlikdə süfrəyə verilir.