Qadin.NET / Göbələkli dolma resepti (foto resept)

Göbələkli dolma resepti (foto resept)

 

Göbələkli dolma resepti (foto resept)

 

Tərkibi:

6-8 bolqar bibəri

500 qr şampinyon

2 dənə soğan

2 dənə pomidor

1 dənə kök

100 qr düyü

300 qr ət bulyonu

50 qr ketçup

50 qr zeytun yağı

1 dəstə cəfəri, 1 dəstə şüyüd

duz, istiot

Hazırlanması:

Tavada xırda doğranmış göbələklə soğan zeytun yağında qızardılır.

Sonra ona qabığı soyulmuş və xırda doğranmış pomidor, sürtgəcdən keçirilmiş kök və xırda doğranmış göyərtilər əlavə olunur və vam odda bişirilir.

Axırda ona 3 xörək qaşığı ketçup, yarıbişmiş düyü və zövqə görə duz və istiot əvalə olunur və yaxşı qarışdırılır.

Bir neçə dəqiqə qaynadıqdan sonra bu içlik kənara qoyulur və soyudulur.

Bibər yuyulur və təmizlənir.

Bibərə içlik doldurulur, divarları qalın olan qazana yığılır və üzərinə çıxana qədər bulyonla qarışdırılmış 2 x.qaşığı ketçup əlavə olunur.

Yemək vam odda 30 dəqiqə ərzində bişirilir.

 

Göbələkli dolma resepti (foto resept)

 

Göbələkli dolma resepti (foto resept)

 

Göbələkli dolma resepti (foto resept)

 

 

Göbələkli dolma resepti (foto resept)

 

Nuş olsun! 

9 yanvar 2017
GO BACK