Qadin.NET / Vermeşilli kotlet

Vermeşilli kotlet

Vermeşilli kotlet

4 porsiya

Tərkibi:

300 qram xırda verməşil

1 ədəd yumurta

100 qram şampion (göbələk)

1 ədəd soğan

1 dəstə şüyüd

Duz, istiot, kahı

Vermeşilli kotlet

Hazırlanması:

Vermeşil qaynayan duzlu suya əlavə edilir. 5-7 dəqiqə qaynadıldıqdan sonra süzülür. Bir qədər soyuduqdan sonra yaxşı çalınmış yumurta əlavə edilir. Soğan və göbələk xırda doğranılıb, 15 qram kərə yağında qızardılır. Duz və istiot vurulur. Soyuduqdan sonra vermeşilə əlavə edilib qarışdırılır. Yağlanmış tavaya vermeşil qaşıqla qoyulur və qızardılır. Boşqaba kahının üzərinə qoyulur, üzərinə şüyüd əlavə edilir. Süfrəyə xama və ya göbələk sousu ilə verilir.

4 yanvar 2017
GO BACK