Qadin.NET / Zander (foto resept)

Zander (foto resept)

Zander (foto resept)

4 porsiya

Tərkibi:

1 ədəd zander (balıq)

1 stəkan süd

2 ədəd kök

200 qram süzgəcdən keçirilmiş pendir

100 ml qram mayonez

Duz, istiot, göyərti

Zander (foto resept)

Hazırlanması:

Balıq yuyulub, qurudulur. Sümükləri təmizlənib bir porsiya şəklində doğranılır. Bıçağın ucuyla bir neçə yerdən deşilir. Bu hissədə balığa duz vurulmur. Üzərinə qaynar süd əlavə edilir. 10 dəqiqə gözlənilir. Kök təmizlənib süzgəcin iri gözündən keçirilir və ya nazik dilimlər şəklində doğranılır. List yağlanır. Kök listə düzülür, üzərinə balıq yığılır. Duz, istiot vurulur. Sonra pendir səpilir. Sonda mayonez çəkilir. Listin kənarından təxminən 1/3 stəkan su əlavə edilir. Sobada 180 dərəcədə pendir qızarana qədər saxlanılır. Üzərinə göyərti səpilir.

Zander (foto resept)



26 dekabr 2016
GO BACK