Vegeteryan pizzası üçün lazım olan ərzaqlar:
3 ədəd pomidor
Qara tumsuz zeytun
konservləşdirilmiş qarğıdalı
"Bizim Tarla" yaşıl noxud konservi
1 ədəd yaşıl bibər
Holland pendiri
"Bizim Süfrə" limonlu mayonezi
Xəmir üçün:
1 ədəd yumurta, yarim stəkan duru yağ
Azərduz yodlu narın xörək duzu
1 stəkan süd, maya, nə qədər alırsa un.
xəmiri yayıb qaba yerləşdiririk
pomidoru iki yerə kəsib nazik nazik doğrayırıq,bibəridə nazik uzun doğrayırıq
sonra zeytunu dograyırıq
hamsını bir qabda duzu və istotunu vurub qarışdırıq
xəmirin üstünə ketçub vururuq
sonra ərzağın hamsını xəmirin üstünə yerləşdirb üstünə mayonez gəzdiririk və sürtkəcdən keçmiş holand pendiri töküb qoyuruq sobada bişməyə.
və pizzamız hazırdır buyurun, Nuş olsun!