Tərkibi:
Toyuq filesi - 1 ədəd
Qarabaşaq - 1 stəkan
Yaşıl soğan - 3 budaq
"Zeytun bağları" zeytun yağı
Soğan - 2 ədəd
Yumurta - 3 ədəd
Xama - 2 x. q.
Duz və istiot
Hazırlanması:
İlk olaraq qarabaşağı seçib yuyuruq, sonra bişiririk. Amma, yağ əlavə etmirik. Sadəcə soğan əlavə edin, dad üçün.
Xırda doğranmış soğanı duru yağda bir az qovururuq.
Üzərinə 1 ədəd yumurta, duz - istiot və 2 xörək qaşığı xama əlavə edib yaxşı-yaxşı qarışdırırıq.
İndi içliyi hazırlayaq:
İlk öncə 2 ədəd yumurta bişirilir, bir az soyusun, sonra doğrayın.
Yaşıl soğan yuyulur, xırda - xırda doğranır, üzərinə duz səpilir. Sonra yumurta ilə soğan bir qabda yaxşı qarışdırılır.
Əlimizi suda isladıb sonra əlimizin içinə farş götürüb kotlet halına salırıq və ortasına hazırladığımız içlikdən qoyuruq.
Kənarlarını ehtiyatla birləşdirib səliqəylə kotlet forması veririk.
Sonra zeytun yağında vam odda hər iki üzünə bişiririk.
Daha sonra servis etmək olar.
Yeməyimiz hazırdır.