Qadin.NET / Çöp şişdə fərqli kabab (foto resept)

Çöp şişdə fərqli kabab (foto resept)

Tərkibi:

Qat - qat xəmir - 500 q.

Qiymə - 500 q.

 Soya sousu - 3 x. q.

 Baş soğan - 1 ədəd

Sarımsaq - 2 diş

 Azca duz və istiot

Çöp şişdə fərqli kabab (foto resept)

Hazırlanması:

Çöp şişdə fərqli kabab (foto resept)

Əvvəlcə ət çəkilir. Üzərinə 1 ədəd soğan çəkib əlavə edirik.

Əzilmiş sarımsaq soya sousu ilə qarışdırılır ətin üzərinə tökülür və yaxşı qarışdırırıq.

Sonra qarışmış əti 30 dəqiqəlik müddətdə soyuducuya qoymaq lazımdır.

Çöp şişdə fərqli kabab (foto resept)

İndi əti soyuducudan götürüb dairəvi toplar hazırlayırık.

Sonra çöpləri 2 - 3 dəqiqə soyuq suya qoyuruq.

Çöp şişdə fərqli kabab (foto resept)
Yayılmış qat - qat xəmir şəkildəki kimi kəsilir.
Çöp şişdə fərqli kabab (foto resept)

Daha sonra çöp şişə bir ədəd dairəvi topdan keçiririk, sonra  kəsilmiş xəmiri keçiririk. (Şəkildəki kimi)

Çöp şişdə fərqli kabab (foto resept)
Bişiriləcək list yağlanır çöp şişlər düzülür.

180 dərəcədə 30 - 40 dəqiqə bişirilir. 

Buyurun, fərqli kabab hazırdir!

Çöp şişdə fərqli kabab (foto resept)

Nuş olsun!

   (Tərcümə edilib)

19 oktyabr 2016
GO BACK