Qadin.NET / Asan çebureklər (foto resept)

Asan çebureklər (foto resept)

Tərkibi:

Lavaş - 4 ədəd

Toyuq filesi - 250 q.

 Göyərti - (şüyüt, keşniş)

 "Zeytun bağları" zeytun yağı

 "Best Cow" kərə yağı - 50 q

Soğan - 1 ədəd

Kök - 1 ədəd

Istiot

 Duz

Hazırlanması:

Əvvəlcə toyuq əti çəkilir. Üzərinə 1 ədəd soğan çəkib əlavə edirik.

Duz - istiot səpirik və bir ədəd kök sürtgəcin xırda gözündən keçirib əlavə edirik.

Sonra xırda doğranmış göyərti və yumşaq kərə yağı əlavə edilir. Və yaxşı - yaxşı qarışdırırıq.

  

Lavaş 2 yerə bölünür.

Sonra bir tərəfinə içlik qoyuruq.

 İçliyi lavaşin bir tərəfində çəngəllə yayırıq.

O biri tərəfini üzərinə gətirib, qıraqlarını bərk basırıq ki, açılmasın.  

 Hamısını bükün yığın, sonra qızardın.

Tavaya bol yağ töküb, çebureklərimizi hər iki tərəfini qızardıb götürürük. 
Qızarmış çeburekləri ilk öncə salfetka üzərinə qoyuruq ki, yağı çəksin. Daha sonra servis etmək olar. 

Dadlı çebereklərimiz hazırdır!

Asan çebureklər (foto resept)

Nuş olsun!

   (Tərcümə edilib)

9 oktyabr 2016
GO BACK