Qadin.NET / Pendirli, göyərtili lavaş (foto resept)

Pendirli, göyərtili lavaş (foto resept)

Tərkibi:

Lavaş - 3 ədəd

 Pendir - 250 q (duzsuz)

 Göyərti (şüyüd, keşniş, və bir az yaşil soğan)

 "Zeytun bağları" zeytun yağı - 5 x. q

 "Best Cow" kərə yağı - 3 x. q.

Mayonez - 2 - 3 x. q.

 Duz

Hazırlanması:

  Əvvəlcə göyərtiləri yaxşıca yumaq lazımdır.

 Pendirli, göyərtili lavaş (foto resept)

Göyərtiləri xırda-xırda doğrayırıq.

Pendirli, göyərtili lavaş (foto resept)

 Pendiri sürtgəcdən keçiririk.

Pendirli, göyərtili lavaş (foto resept)

Lavaş 4 yerə bölünür və üzərinə mayonez çəkilir, sonra bir az kərə yağı qoyulur, daha sonra pendiri qoyuruq.

Pendirli, göyərtili lavaş (foto resept)

Axırda pendirin üzərinə göyərti səpirik.

Pendirli, göyərtili lavaş (foto resept)

Və şəkildəki kimi bükürük.

Pendirli, göyərtili lavaş (foto resept)

Tavaya bol yağ töküb qızdırırq və qutablarımızı hər iki tərəfini qızardıb götürürük. 
Qızarmış qutabları ilk öncə salfetka üzərinə qoyuruq ki, yağı çəksin.

Daha sonra servis etmək olar. 

Pendirli, göyərtili lavaş (foto resept)

Nuş olsun!

  (Tərcümə edilib)

5 oktyabr 2016
GO BACK