Qadin.NET / İçlikli kabak (foto resept)

İçlikli kabak (foto resept)

Tərkibi:

Kabak - 1 - 2 ədəd

Toyuq filesi - 1 ədəd

Soğan - 1 - 2 ədəd

Şampinyon göbələyi - 5 - 6 ədəd

Düyü - yarım stəkan

Kök 1 - 2 ədəd

Pomidor - 1 ədəd

Şirin bibər qırmızı rəngli - 1 ədəd

Bərk pendir - 100 q.

"Zeytun bağları" zeytun yağı - 1 x. q

Sarımsaq - 2 - 3 diş

Duz

İstiot

İçlikli kabak (foto resept)

Hazırlanması:

 Əvvəlcə qaynayan duzlu suda düyünü bişirin, süzün. 

Başqa bir qazanda toyuq filesini bişirin. 

İçlikli kabak (foto resept)
Göbələk xırda doğranır.
İçlikli kabak (foto resept)
Sonra doğranmış göbələk yağsız tavada qovururuq ki, göbələyin suyu azalsın.
İçlikli kabak (foto resept)

Kök və soğan təmizlənir. Soğan xırda-xırda doğranır. Amma kök sürtgəcin iri gözündən keçirilir.

İçlikli kabak (foto resept)

İndi qovurduğumuz göbələyin üzərinə bir az duru yağ əlavə edirik.

Sonra üzərinə kök və soğan əlavə edib qovururuq, kök yumşalana qədər.

İçlikli kabak (foto resept)

Daha sonra qovurduğumuz tərəvəzləri bir iri qaba boşaldırıq və üzərinə bişmiş düyü əlavə edirik.

İçlikli kabak (foto resept)

Dadlı zapekankamız hazırdır. İndi başqa bir tavaya bir azca duru yağ əlavə edirik, vam odda qızdırırıq.

Yağ qızanda üzərinə xırda doğranmış bibər və pomidor əlavə edib qovururuq.

İçlikli kabak (foto resept)
Toyuq əti xırda doğranır.
İçlikli kabak (foto resept)

Sonra doğranmış toyuq ətini, qovrulmuş bibər və pomidoru qovrulmuş tərəvəzlərin üzərinə əlavə edin.

İçlikli kabak (foto resept)

Duz və istiot səpirik, zövgə görə üzərinə sarımsaq əzirik və yaxşı qarışdırırıq.

 İçlik hazırdır.

İçlikli kabak (foto resept)
Kabakları yuyub quruladıqdan sonra, kabakları halqavarı kəsirik.
İndi kabakların içini kəsib çıxardırıq şəkildəki kimi.  
İçlikli kabak (foto resept)

Sonra hazırladığımız içliyi kabakın içinə yerləşdiririk.

İçlikli kabak (foto resept)
Pendir sürtgəcdən keçiririk.
  Sonra pendir içliyin üzərinə səpilir.
İçlikli kabak (foto resept)

Sobada 200 dərəcədə 35 - 40 dəqiqə bişiririk.

İçlikli kabak (foto resept)

Dadlı içlikli kabaklarımız hazırdır!

İçlikli kabak (foto resept)
Zövqə görə bəzək verib süfrəyə verə bilərsiz.
İçlikli kabak (foto resept)
İçlikli kabak (foto resept)

Nuş olsun!

  (Tərcümə edilib)

15 sentyabr 2016
GO BACK