Tərkibi:
Xəmir üçün:
1 qutu xama
2 ədəd yumurta
200 q ərinmiş kərə yağı
Aldığı qədər un
Azərduz yodlu narın xörək duzu
Üzəri üçün:
Ketçup
"Bizim Süfrə" klassik mayonezi
Göbələk
Zeytun
Holland pendiri
Bibər
Pamidor
Əvvəlcə smetanı qaba töküb qarışdırırıq
Sonra isə üzərinə yumurtanı əlavə edib yenə qarışdırırıq
Üzərinə yağ əlavə olunur
Və yavaş yavaş un töküb xəmir yoğururuq sonra həmin xəmiri soyuducuya qoyuruq
sonra isə zeytun,göbələk,bibər,pamidor və qaynadılmış toyuğu doğrayırıq
sonra isə xəmiri yayırıq
qıraqlarını bir az qatlayırıq
üzərinə ketcup+mayonez+duru yağ qarışdırıb xəmirə çəkirik və sıra ilə ərzaqlaı düzürük
və bişməyə qoyuruq
bişənə yaxın sobadan çıxarıb üzərinə holland pendiri tökürük
budur pizzamız hazırdı
Nuş olsun!