Qadin.NET / Qiyməli taya (foto resept)

Qiyməli taya (foto resept)

Tərkibi:

Qiymə - 0,5 kq

Yumurta (iri) - 3 ədəd

Baş soğan - 2 ədəd

Kartof - 2 ədəd

Pendir - 100 qr

Toxum istiot - zövqə görə

Ev üsulunda hazırlanmış 

mayonez, yaxud sous

Sous üçün:

Yumurta sarısı - 1 ədəd

"Zeytun bağları" zeytun yağı - 50 ml

Xardal yağı - 2 x.q.

Hazır xardal - 1/3 

Azca duz

Hazırlanması:

Əvvəlcə sousu hazırlayaq. Bunun üçün yumurta sarısı, zeytun yağı, xardal yağı və xardalı qarışdırırıq. 

Sousu qatı haıa gələnə qədər qarışdırmaq lazımdır. 

Qiyməli taya (foto resept)

Soğan sürtgəcdən keçirilir, qaynadılmış yumurta xırdalanır, kartof və pendir də rəndələnir. 

Bişiriləcək listə duz və istiotlanmış dairə halına salınmış qiymələr düzülür, kotlet kimi. 

Qiyməli taya (foto resept)

Hər kotletin üzərinə bir təbəqə soğan qoyulur. 

Qiyməli taya (foto resept)

Onun da üzərindən xırdalanmış soyutma yumurta və rəndələnmiş kartof qoyulur. 

Qiyməli taya (foto resept)

Sonuncu təbəqə rəndələnmiş pendir olacaq. Hər bir "Qiyməli taya"nın üzərinə 1 x.q. mayonez və ya sous sürülür. 

180-200 dərəcədə 30 dəqiqə bişirilir. 

Qiyməli taya (foto resept)

Nuş olsun! 


(Resept tərcümə edilib)


24 avqust 2016
GO BACK