Qadin.NET / Kürdan kababı (foto resept)

Kürdan kababı (foto resept)

Tərkibi:

Badımcan, pomidor

Bibər, ət

1ç.q. "Bizim Tarla" "Bizim Tarla" tomat pastası

1 ədəd yumurta

Cəfəri, duru yağ

Soğan, diş çöpü

Azərduz yodlu narın xörək duzu, istiot

Hazırlanması:

İlk öncə soğan,cəfəri xırda doğranılır,yumurta duz,istiot  vurulub ətlə birlikdə qarışdırılır.

Ətimiz hazırdı.

İndi isə badımcanı yuyub ala yarımçıq şəkildə soyub uzununa doğrayıb acı suyunu çıxartdıqdan sonra bir balaca qızardırıq.

 
Qızartdıqdan sonra badımcanları şəkildəki kimi üst-üstə qoyuruq.

Sonra badımcanın ortasına ət qoyuruq və badımcanın kənarlarını qaldırıb ətin üzəirini örtürük.

 
Daha sonra isə üzərinə pomidor və bibər qoyub diş çöpü ilə bərkidirik

 
Listə düzüb üzərinə yarım stəkan su töküb 180 dərəcədə 20 dəqiqə bişiririk.

20 dəqiqə bişdikdən sonra 1x.q. tamatı yarım stəkan suda çalıb badımcanların üzərinə tökürük.

Yenidən sobaya qoyub 15 dəqiqə bişiririk.Budur kürdan kababımız hazırdı.

 
Nuş olsun!

17 iyun 2011
GO BACK