Tərkibi:
Xama - 300 q.
Un - 300 q.
"Best Cow" kərə yağı - 150 q.
Yumurta - 6 ədəd
Qabartma tozu - 1 çay qaşığı yarım
Şəkər tozu - yarım çay qaşığı
Yaşıl soğan - 1 dəstə
Duz yarım çay qaşığı
Hazırlanması:
İlk öncə 4 ədəd yumurta bişirilir, bir az soyusun, sonra doğrayın.
Yaşıl soğan xırda - xırda doğranır, üzərinə duz və istiot səpilir.
Sonra yumurta ilə soğan bir qabda qarışdırılır.
İndi isə, xəmir hazırlanır.
Xəmiri hazırlamaq üçün xama, duz və şəkər tozu qarışdırılır.
Hazır xəmirin yarıdan çoxu qaba yerləşdirilir.
Xəmirin üzərinə içlik qoyulur.
Sonra üzərinə yenə xəmir əlavə edirik.
Xəmiri qaşıqla yayın ki, içlik örtülsün.
200 dərəcə isidilmiş sobada 35 dəqiqə bişirilir.
Hazır piroqu sobadan çıxardıqdan sonra 20 dəqiqə soyumasını gözləmək lazımdır.
Bişmiş piroq kənara qoyulur və üzəri mətbəx dəsmalı ilə örtülür.
Daha sonra servis etmək olar.
Piroqumuz hazırdır.