Tərkibi:
Toyuq filesi - 4 ədəd
Badımcan - 2 - 3 ədəd
Pomidor - 3 - 4 ədəd
Sarımsaq - 1 diş
Pendir - 150 qr
Şüyüd - yarım dəstə
"Zeytun Bağları" zeytun yağı
Duz və istiot
Hazırlanması:
Badımçanı yuyub qurutduqdan sonra nazik - nazik uzunsov kəsirik, şəkildəki qayda ilə.
Duzlayıb 30 dəqiqə saxlamaq lazımdır. Sonra duzlu suyu süzürük.
Badımcanları isti yağli tavada qızardırıq.
Sonra qızardılmış badımcanları kağız salfetin üzərinə səririk.
İndi soba qabina bir az duru yağ tökün, hər tərəfini yağlayin və qızardılmış badimçanlari qabin içinə düzün.
Sonra üzərinə yuxa - yuxa doğranmış və döyülmüş toyuq filesi qoyuruq.
İndi toyuq filesinə duz və istiot səpirik.
Pomidoru halqavarı doğrayıb ətin üzərinə düzürük, yenə duz və istiot səpirik.
Pomidorun da üzərinə şüyüd xırda-xırda doğrayıb əlavə edirik.
Sonda üzərinə sürtgəcdən keçirdiyimiz pendiri və əzilmiş sarimsağı əlavə edirik.
180 dərəçədə 25 dəqiqə bişiririk.