Əziz xanımlar, bu dəfə sizlərə istirahət vaxtlarında dincəlməyə gedərkən bişirə biləcəyiniz bir ressepti paylaşmaq istərdim. Burda bütün ərzaqlar mövsümə uyğun olaraq götürülməlidi. Zövq və damaq dadınıza uyğun bütün ərzaqlardan seçib və hazırlamağa başlayın.
Tərkibi:
Yağlı qoyun əti və ya (qoyun və ya mal içalatı)
Quyruq (quyruq sevməyənlər bitki yağı istifadə edə bilər)
Badımcan
Rəngli şirin bibərlər
Acı bibər
Pomidor
Heyva
Kartof
Soğan
İstəyə uyğun sarımsaq
Göbələk
Göyərti (hər növündən)
Yumurta
Duz, istiot
Zövqünüzə uyğun ərzaqlar əlavə edə bilərsiz
Hazırlanması :
Bişirmək üçün bizə şəkildəki kimi bir forma lazım olacaq. Bu qalın dəmirdən olan sac olsa daha yaxşıdı, çünki yemək çox dadlı alınacaq.
Əvvəlcə sac yaxşıca yuyulur və yeri rahat şəkildə yerləşdirilib odunla ot qalanılır.
İsidilmiş saca doğranmış quyruq əlavə edilib hər tərəfli qarışdırilir ki yağı çıxsın, həm də sac yağlanmış olur.
Doğranmış ət və ya içalat əlavə edilib qarışdırılır.
Ət gördüyünüz kimi yağın içində bişir.
Üzərinə qabıqlı təzə kartof əlavə edilir .
İkisi bir yerdə qarışdırılaraq qovrulur. Soğanda əlav edilir.
Sonra bütün ərzaqlar zövqə uyğun doğranılaraq ardıcıllıqla əlavə ediıərək qarşdırılır.
Qeyd edim ki, elə etmək lazımdır kı, ərzaqlar nə əzilməlidir, nə də yanmalı.
İstəyə uyğun ciyər əlavə edilir (ciyər əvvəldən əlavə edilsəydi həm tez yanar, həm də quru olar)
Pomidor bütöv halda əlavə edilir.
Əgər soyuq havalarda istirahətə getmisinizsə, yumurta da şəkildə gördüyünüz kimi yemək tam hazır olduqda əlavə edilməlidi.
Duz, istiot, doğranmış göyərti sonda üzərinə səpilir.
Yemək hazır hamı ocaq başına
Əsasən də sərin havada bu yeməyin öz ləzzəti ayrıdı.
Hər birinizə xoş istirahətlər!
Nuş olsun!
(Tərcümə edilib)