Tərkibi:
Badımçan - 6 ədəd
Toyuq filesi - 1 ədəd.
Yumurta - 1 ədəd
Kəsmik - 250 q.
Pendir - 70 q.
Sarımsaq - 1 diş
"Zeytun bağları" zeytun yağı
1 dəstə cəfəri
Duz və istiot
Hazırlanması:
Badımçanları yuyuruq, sonra iki bölürük.
Sonra kəsilmiş badimcanları qaynar suda bişirin, bir az suya duz səpin və 10 - 15 dəqiqə bişsin.
İndi içliyi hazırlayırıq:
Toyuq əti xırda doğranır, üzərinə duz səpilir, sonra duru yağda qızarır.
Qızardılmış toyuq ətinin üzərinə kəsmik, yumurta, doğranmış cəfəri, duz və istiot vurub qarışdırırıq.
Bişmiş badımcanlar bir az soyusun, sonra badımcanların içini kəsib çıxardırıq, onu da içliyə əlavə edirik.
Sonra hazırladığımız içliyi badımcanların içinə yerləşdiririk.
Badımcanların içini doldurub bişiriləcək soba qabına yerləşdirin, amma altına yağlı kağız səririk.
Sonra üzərinə sürtgəçdən keçirilmiş pendir səpirik.
Sobada 180 dərəçədə 25 - 30 dəqiqə bişiririk.
Hazır yemək zövqə uyğun bəzənib süfrəyə verilir.
Nuş olsun!
(Tərçümə edilib)