Qadin.NET / İçlikli kabak (foto resept)

İçlikli kabak (foto resept)

 

Tərkibi:

Kabak - 1 kq.

 Çəkilmiş ət - 300 q.

"Zeytun bağları" zeytun yağı

Pomidor - 200 q.

Soğan - 2 ədəd

Pendir - 150 q.

Düyü - 100 q.

Duz - İstiot 

Göyərti

Hazırlanması:

 

 Əvvəlcə qaynayan duzlu suda 100 q düyünü bişirin, süzün. 

Kabakları yuyub quruladıqdan sonra iki bölürük.

İndi kabakların içini kəsib çixardırıq.
 Sonra kabakın içi xırda doğranır.

Soğan xırda xirda doğranır. 

Pomidor xırda doğranır.
Göyərti xırda doğranır.
Pendir sürtgəçdən keçiririk.
Soğan zeytun yağında qovrulur, qiymə əlavə edilir, birlikdə qovrulur. 
Sonra ətin üzərinə kabakin içi əlavə edib 10 dəqiqə qovurun.
Sonra pomidor əlavə edilir, 5 dəqiqə qovrulur.
Sonra bişmiş düyü əlavə edilir, birlikdə qovrulur. 

Üzərinə duz və istiot səpilir. 

Sonra hazırladığımız içliyi kabakın içinə yerləşdiririk.

Sonra üzərinə pendir səpilir.

Sobada 180 dərəcədə 25 - 30 dəqiqə bişiririk.

Nuş olsun!

  (Tərcümə edilib)

21 iyul 2016
GO BACK