Tərkibi:
Kütüm balığı - 1 ədəd
Qoz 200 qr
Kişmiş 150 qr
Zirişk(barbaris) 50 qr
Baş soğan 3-4 ədəd
Alça qurusu (əzilmiş halda) 3 ç.q.
Narşərab
Azərduz yodlu narın xörək duzu, istiot
Qoz 200 qr
Kişmiş 150 qr
Zirişk(barbaris) 50 qr
Baş soğan 3-4 ədəd
Alça qurusu (əzilmiş halda) 3 ç.q.
Narşərab
Azərduz yodlu narın xörək duzu, istiot
Bitki yağı
Hazırlanması:
Soğan bitki yağında qovrulur, soyudulur
Ətçəkən maşından qoz,kişmiş,barbaris və qovrulmuş soğan keçirilib duzlanır,istiotlanır
Pullardan təmizlənmiş balıq kağız salfetka ilə suyu alınır,1 ç.q. alşa əzməsi balığın içərisinə sürülür
və balığın içi maşından keçirilimiç içlə doldurulur
Digər 2 ç.q. alça əzməsi də balığın üzərinə sürülür və duxovkaya verilir.200-220 dərəcə istilikdə 30-40 dəqiqə bişirilir.
Ləvəngi süfrəyə verilmədən öncə bəzədilir,narşərabla isti yemək və soyuq qəlyanaltı kimi də yeyilə bilir.
Nuş olsun!
Müəllif: alyakeyk