Tərkibi:
2 stəkan qarabaşaq
2 ədəd bolqar bibəri
1 ədəd orta ölçülü soğan
Çəkilmiş ət
Keşniş, şüyüd
Ketçup
Kərə yağı
Azərduz yodlu narın xörək duzu, istiot
Hazırlanması:
Birinci qarabaşağı yuyub dərin tavada kərə yağında qovururuq.
Qovurduqdan sonra üzərinə su əlavə edirik,su qarabaşağdan bir az yuxarı olmalıdı.
Qarabaşaq hazır olanacan əti başqa bir tavaya qoyub üzərinə su duz, istiot töküb qoyuruq bişməyə.
Qarabaşaq və ət bişincə qıraqda keşnişi,şüyüdü,soğanı,bibəri şəkildəki formada doğrayırıq.
Qarabaşağın suyu çəkiləndən sonra qoyuruq qırağa,ət bişənə yaxın üzərinə soğan əlavə edirik.
Sonra bolqar bibərini əlavə edirik.
Daha sonra keşnişi,şüyüdü əlavə edirik.
Yeməyimiz bişdikdən sonra qarabaşağı bir nimçəyə töküb, üzərinə qiymə qoyub ketçupla bəzəyirik. Nuş olsun!