Tərkibi:
Beçə toyuq 1 kq
Bitki yağı 3 x.q.
Keşniş 1 dəstə
Acı qırmızı bibər
Böyürtkən,yaşıl üzüm 100 qr
Sarımsaq 4 diş
Döyülmüş qoz 2 x.q.
Beçə toyuq 1 kq
Bitki yağı 3 x.q.
Keşniş 1 dəstə
Acı qırmızı bibər
Böyürtkən,yaşıl üzüm 100 qr
Sarımsaq 4 diş
Döyülmüş qoz 2 x.q.
Azərduz yodlu narın xörək duzu, istiot
Hazırlanması:
Beçə yuyulur,təmizlənir,duzlanır,istiotlanır və döş qəfəsindən şəkildəki kimi kəsilir.
Böyük bir tavada beçə hər iki tərəfindən qızardılır,qızardılarkən üzərinə başqa bir tava ilə basdırılır.
Böyürtkəndən sous hazırlanır,əzilir.
Üzüm süzgəcdən keçirilir.
Bu meyvələrə döyülmüş qoz qatılır.
Keşniş,sarımsaq,acı qırmızı bibər meyvə sousu ilə qarışdırılır.
Duz əlavə edilib qızardılmış isti beçənin üzərinə tökülür.
Qeyd: Bu reseptə görə bizim xanımlar böyürtkən və üzüm yerinə alça və ya zoğal qurusundan istifadə edə bilərlər.Bu zaman onları əvvəlcədən islatmaq lazım gələcək.
Nuş olsun!